Bizim kollektivimiz - Медицинский центр Яшам

Bizim kollektivimiz - Медицинский центр Яшам

ОТЛИЯНОЕ КАЧЕСТВО.  РАЗУМНЫЕ ЦЕНЫ
AZ / RU / EN
Медицинский центр "YASHAM"
гарантия вашего здоровья
ТОЛЬКО ЛУЧШИЕ ВРАЧИ
"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
"YAŞAM" tibb mərkəzi
sağlamlığın zəmanətidir
YALNIZ ƏN YAXŞI HƏKİMLƏR
Перейти к контенту
KARDİOLOQ
Ceyhun Hacıyev
Kardioloq, Baş həkim
Yüksək dərəcədə ixtisaslaşmış həkim
Ümumi staj-31 il. 
    Tibb Elmlər doktoru (Moskvada müdafiə etmişdir). 1,5 il Səudiyə Ərəbstanında "King Fahat Hospital" xəstəxansında həkim kardioloq işləmişdir. 
    2001-ci ildə Amerika Birləşmiş Ştatlarının "Lyuteron" klinikasında 6 ay müddətində, 2003-cü ildə "Meriot" qospitalında 5 ay müddətində klinik kardiologiya üzrə təcrübə keçmişdir. Türkiyə Respublikasının ən müasir Tibb universitetlərinin (Hacettəpə, Başkənd, Cərrahpaşa və s.) kardiologiya fakultələrinin aparıcı alimlərinin iş təcrübəsi ilə tanış olmuş və onlarla praktik əməkdaşlıq etməkdədir. 
    Xarici ölkələrdə də çap olunmaqla bir çox elmi məqalələrin müəllifidir.

Rövşən Ələkbərov
Kardioloq
Yüksək dərəcədə ixtisaslaşmış həkim
    Ümumi staj -10 il. 2008-2009-cu illərdə Almaniyanın Berlin şəh.
Vivantes Beynəlxalq Tibb mərkəzində hər biri 3 ay olmaqla 2 dəfə, 2010-cu ildə Polşa Resp. Uşaq Memorial Sağlamlıq İnstitutunda təlim və təhsil keçmişdir. Avropa Exokardioqraflar Assosiyasiyasının üzvüdür. 
    2013-cü ildə Xarici Kontropulsasiya üzrə Türkiyənin İstanbul şəhərində Memorial klinikasında ixtisaslaşma keçmişdir.

Afaq Kərimova
Kardio-Revmatoloq
Yüksək dərəcədə ixtisaslaşmış həkim
Ümumi staj - 32 il. 
1983 –cü ildə Kiyev ş. Həkimləri Təkmilləşdirmə İnstitutunda revmatoloqiya üzrə təhsil almışdır.
1991-2007–ci illərdə , Rusiya Tibb Akademiyasınin Revmatologiya İnstitutunu bitirmişdir.
2011– ci ildə Ankarada Hacettepe Universiteti Tibb Fakultəsinin Revmatoloji bolümündə 2 ayliq kurs keçmişdir.
PEDİATR
Tamilla Qaraxanova
Pediatr, Psixoloq
Yüksək praktik təcrübəyə malik həkim 
Ümumi staj 21 il. 
1985-1988-ci illərdə Xaçmaz mərkəzi rayon xəstəxanasında həkim-pediatr kimi çalışıb. 
1988-1993-cü illərdə E.Qarayev adına 2 saylı Uşaq klinik xəstəxanasında həkim pediatr kimi işləmişdir. 
2012-ci ildə "PRENATAL" Mərkəzdə Təcili Pediatriya mövzusunda treninqdə iştirak etmişdir. 
2013-cü ildən "Yaşam" Tibb Mərkəzində işləyir.

NEVROPATOLOQ
zakət Bədəbəyli
Nevrapotoloq
Yüksək dərəcədə ixtisaslaşmış həkim
Ümumi staj 50 il
1965 -1968 cı illərdə Sumqayıt şəh. 1 saylı xəstəxanasında çalışıb.
1968-2014-ci illərdə 5 saylı klinik xəstəxanasında həkim nevroloq işləmişdir.
GİNEKOLOQ
Lalə Əliyeva
Ginekoloq, Mammoloq, Onko-Ginekoloq
Yüksək dərəcədə ixtisaslaşmış həkim
Ümumi staj - 23 il. 
   1999 cu ildə Moskva şəhərində Laporaskopiya və Histeroskopiya kursu, daha sonra 1 neçə dəfə Rusya Federasiyasının Moskva və Sankt Peterburq şəhərlərində USM, laporaskopiya və histeroskopiya və digər ixtisaslaşmalar üzrə təkmilləşmə kursları keçmişdr. 
Könül Hənifəyeva
Onko-Ginekoloq
Yüksək praktik təcrübəyə malik həkim
Ümumi staj-25 il. 
    1987-cı ildə cərrahiyyə üzrə internaturanı bitirmişdir. Uzun müddət Bakı şəhər onkoloji mərkəzində işləmişdir. 
    2012-ci ildə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Onkologiya üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. 
    08 aprel 2012-ci ildə qadın reproduktiv orqanlarının hiperplastik prosesləri üzrə seminarda iştirak etmişdir.
ALLERQOLOQ
Ülkər Əliyeva 
Allerqoloq, İmmunoloq 
Yüksək praktik təcrübəyə malik həkim
Ümumi staj 7 il. 
    2005-ci ildə ABU- nun Tibbi biologiya fakultəsini bitirib. 2006-cı ildə isə Bakı şəəri 5 saylı kliniki xəstəxanasında Professor C.Məmmədovun başçılıq etdiyi Allerqologiya və immunologiya kafedrasında 1 il internatura keçmişdir. Daha sonra 6 il ərzində Respublikada taninmış Allerqoloq-immunoloq, Tibb Elimləri Namizədi İldırımın Qasımovun rəhbərliyi altında "Yaşam" tibb mərkəzində praktik təcrübə keçmişdir. 
    2004 - cü ildə Bakıda keçirilən Gənc Təbib Alimlərinin IV Beynəlxalq Konfransında elmi məqalə ilə çıxış etmişdir. 
   2005-2012 - cü illərdə "Allerqologiya və immunologiya" üzrə Bakı şəhərində keçirilən 10-dan artıq Beynəlxalx komfranslarda iştirak etmişdir. 
    2013-cü ildə " Yeni Nəsil " tibb mərkəzində işləmışdır. 2013 - cü ilin may ayından " Yaşam " tibb mərkəzində çalışır. Beynəlxalq Allerqologiya və immunologiya cəmiyyətinin üzvüdür. 
ENDOKRİNOLOQ
Rəna Vəkilova
Endokrinoloq
Yüksək dərəcədə ixtisaslaşmış həkim  
Ümumi staj 18 il. 
    1996-cı ildə iş yerində təcrübə artırmaq məqsədi ilə İngiltərənin Pula şəhər klinikasında terapiya üzrə, 1998-ci ldə Almaniyanın Münxen şəhərinin Universitet klinikasında tədris və praktik təcrübə kursuları keçmişdir. 
    1997-1999-cu illərdə “Western Medical” xəstəxanasında ( Bakı ş.) həkim-assistent, 1999-2001-ci illərdə Ağ Ciyər Xəstəlikləri ET İnstitutunda həkim-endokrinaloq, 2001-2002-ci illərdə iş yerində təcrübə artırmaq məqsədi ilə endokrinologiya üzrə “VM endokrinalogiya, Diabet və Metobolizm” mərkəzində təcrübə keçmişdir. 
    2003-2013-cü illərdə “ Səhhət” Azərbaycan-Alman Klinikasında həkim-endokrinaloq kimi işləmişdir. 
    2013-cü ildən “ Yaşam” Tibb Mərkəzində həkim-endokrinoloq işləyir.
Elmira Xalıqova
Endokrinoloq
Yüksək praktik təcrübəyə malik olan həkim  
Ümumi staj 35 il. 
    Respublika Endokrinolojı mərkəzdə işləyib. 
    2008 - ci ildən "Yaşam" tibb mərkəzində çalışır.
TERAPEVT
Elçin Qarayev
Terapevt 
Ümumi staj 27 il staj. 
    22 il 1 saylı Bakı şəhər Tibbi Klinik Xəstəxanasının (Semaşko) toksikaloqiya şöbəsində, digər dövrlərdə isə Salyan RMX və Neftçala RMX, Bakı və Sumqayıt şəhərlərində Təcili Tibbi yardım stansiyasında həkim terapevt işləmişdir. 
    2010 cu ildən "Yaşam" tibb mərkəzində çalışır. 
    1990 cı ildə Moskva şəhərində RÇMX -da Borokamerada müalicə üsulu üzrə kurs keçmişdir. 
Afaq İbişova
Terapevt 
Hal-hazırda "Yaşam" Tibb Mərkəzində fəaliiyət göstərir
BURUN - BOĞAZ - QULAQ
Günel
Qulaq - Burun - Boğaz
Hal-hazırda "Yaşam" Tibb Mərkəzində fəaliiyət göstərir
DƏRİ-ZÖHRƏVİ
Elnarə Rəsulova
Dəri-Zöhrəvi, Kosmetoloq
Hal-hazırda "Yaşam" Tibb Mərkəzində fəaliiyət göstərir
UROLOQ-ANDROLOQ
Şirinov Zohrab
Uroloq-Androloq
Ümumi iş stajı 17 il.
    1992-1999 cu illərdə ATU-ni bitirmişdir.
    2015-ci ildə Türkiyyə cümhuriyyəti Adana şəhəri Çukurova universiteti Balcalı xəstəxanasında uro-andrologiya üzrə təcrübə kursu keçmişdir.Təxmini 600-ə yaxın xəstələrin müayinə və müalicəsində iştirak etmişdir.
    2013 ildən “Yaşam” Tibb Mərkəzində işləyir
REANİMATOLOQ
Əliyar Əfəndiyev
İnfeksionist, Hepatoloq
RF Ali dərəcəli ixtisaslaşmış həkimi                                 
Ümumi staj 26 il.
    Rusiya Federasiyasının Müdafiə Nazirliyinin 9 və 75 saylı poliklinikalarında və Moskva şəhərindəki bir sıra aparıcı özəl tibb mərkəzlərində ("EERISMAN", "MED 4 YOU" "CITYMED") işləmişdir. 
    2012-ci ildən "Yaşam" tibb mərkəzində işləyir. Kilinikamızda Əliyar Əfəndiyev tərəfindən Respublikamızın ərazizində təsadüf edilən bütün HELMİNTOLOJİ xəstəliklərin müasir müalicəsi də aparılır. 
Xizri Аfquliyev
Onkoloq, Cərrah Mamoloq 
Yüksək praktik təcrübəli həkim                        
Ümumi staj-25 il. 
    Ə.Ə adına Həkimlərin Təkmilləşdirmə İnstitunda 2003-cü ildə Bədxassəli şişlərin diaqnostika və müalicə tematikası üzrə 2 aylıq, 2005-ci ildə Ümumi Onkologiya üzrə 4 aylıq, 2006-cı ildə Bədxassəli şişlərin kimyəvi hormonal terapiyası üzrə 5 aylıq, 2008-ci ildə döş qəfəsi üzvləri və süd vəzisi şişlərinin diaqnostikası və müalicə üsulları üzrə 2 aylıq, 2011-ci ildə Ümumi Onkologiya üzrə 2 aylıq təkmilləşmə kursları keçmişdir. 
    20.10.2011-ci ildə həkimlərin sertifikasiyasindan keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
Oktay Abdullayev
Hematoloq, Transfuzioloq, Terapevt                  
Tibb elimləri namizədi                       
Ümumi staji 32 il. 
    1980-ci ildə ADTU bitirmişdir.
    1984-çü ildə Moskva şəhərində məqsədli aspiranturaya daxil olmuş və     1987-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 
    Hal-hazırda Azərbaycan ET Hematologiya və Transfuziologiya İnstitu-tunda işləyir. 2011 ildən Yasham tibb mərkəzində işləyir
Mahirə Abdullayeva
USM həkimi                                      
Ümumi staj 25 il. 
    2000-2001 ci illərdə ESKULAP özəl tibb mərkəzində, 2002 - 2008 ci illərdə NeW Med özəl tibb mərkəzində çalışmışdır. 
    2008-ci ildən isə "Yaşam " tibb mərkəzində çalışır.
Mehri Məmmədova
ONKO-USM həkimi              
Yüksək dərəcədə ixtisaslaşmış həkim                     
Ümumi staj 15 il. 
    Dəfələrlə Moskva şəhərinin Tibb universitetlərinin aparıcı xəstəxanalarında ixtisaslaşma kursları keçmiş və elmi-praktik konfranslarda iştirak etmişdir. 
Leyla Abuzərova
Rengenoloq
Hal-hazırda "Yaşam" Tibb Mərkəzində fəaliiyət göstərir
Pərvin Muradova
Endoskopist
Ümumi staj-25 il. 
    1987-cı ildə cərrahiyyə üzrə internaturanı bitirmişdir. Uzun müddət Bakı şəhər onkoloji mərkəzində işləmişdir. 
    2012-ci ildə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Endoskopiya praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. 
    Hal Hazırda YAŞAM tibb mərkəzində işləyir
GENETİK
Rəhimli Könül
Genetik
Ümumi staj 2 il
    2007 - 2012 ATU, 2013-2015 Respublika Talasemiya Mərkəzində rezidentura keçmişdir. Rezidentura təhsili müddətində Türkiyə Cümhuriyyəti Ankara Dışkapı Eyiitm Araşdırma Mərkəzində staj keçmişdir.
    Bundan əlavə Haccəttəpə Universiteti və Türkiyənin müxtəlif özəl xəstəxanalarının (Medipol ,Florena , Nightingale ) iş təcrübəsi ilə tanış olmuşdur.
Ömər Agakişiyev
Genetik
    PZR diaqnostikası üzrə ixtisaslaşmışdır.  1993-cü ildə ADTU-nin pediatriya fakultəsini bitirmişdir. 
    11.06.10- cu ildə Səyyar həkim ixtisası verilmişdir. Müasir tibbdə infeksion xəstəliklərin genodiaqnostika və PZR laborator müayinələr üzrə təkmilləşmə kursları keçmişdir.
LABORANT
Həsənova Emiliya
Həkim Laborant
İş stajı 6 il.
    2005-2010 cu il Universiteti bitirmişdir. 2010-2011 ci il həkim interna 18 saylı Bakı şəhər xəstəxanası (həkim laborant ixtisası üzrə)
    2011-2012 Bakı City Hospital həkim laborant, 2012-2013 Medi Club klinikası həkim laborant, 2013-2015- Medi Club pediatriya klinikasının laboratoriyasında Baş həkim laborant
     2015-2016 Yaşam klinikasında laboratoriya müdiri.
Leyla Ələkbərova
Həkim Laborant
    Bakteriolojı müayinələr üzrə-mütəxəssisdir. 
    1985-ci ildə  ADTU-nin Sanitariya fakultəsini bitirmişdir. 
О нас

Медицинский центр “YASHAM” образован  в 2006 году. Является клиникой общего профиля с отделениями терапии, кардиологии, эндокринологии, неврологии, гастроэнтерологии, эндоскопии, гине-кологии, урологии, трансфузиологии (плазмафере), озонотерапия, ультра-фиолетовое облучение крови), педиатрии, офтальмологии...
Copyright     2015   Ayvus
Все права защищены!
Свяжитесь с нами

Email:            support@yasham-medical.com
               dr.ceyhun@yasham-medical.com

Адрес:  Азербайджан, Баку, Ф. Х. Хойски 112

Teл:                    +994 (12) 465 72 60
           Teл/Faks:          +994 (12) 465 72 23
                  Moб:                +994 (50) 494 00 27
Besucherzahler
счетчик посещений
Copyright     2015 Ayvus    Bütün hüquqlar qorunur!
Назад к содержимому